Daha dəqiq desək, assossiasiya rəhbərliyi hər ev oyununa görə ev sahibi olan kollektivə 300 manat qonorar verəcəyini bildirmişdi. “Football-plus.az” saytına daxil olan məlumata görə, çempionatın startından təxminən 3 ay keçməsinə baxmayaraq, liqada çıxış edən kollektivlərə hələ də ödəniş olmayıb.
Bunun səbəbini aydınlaşdırmaq üçün Region Liqası üzrə İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəyin məsləyə reaksiyası belə oldu:
“Biz həmin sözgedən məbləği komandalara dəstək üçün nəzərdə tutmuşuq. O da bu aydan komandalara hesabına köçürülür. Niyə yubanıb? Hər turdan sonra ödəniş etmək bir az vaxt aparan prosesdi. Qərara alınıb ki, ayda bir dəfə və ya 40-50 gündən bir ödəniş olsun. Odu ki, bu yöndə heç bir problem yoxdu”.
RƏŞAD



