• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şəfəq Kərimova: “Voleybolla məşğul olmağa başlayanda anamın tək istəyi o oldu ki...” – LAYİHƏ

İdman / Layihə / Manşet

22-01-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz veteran voleybolçu, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovadı. Onunla söhbətə voleybola gəliş tarixçəsini soruşmaqla körpü saldıq, davamında isə federasiyadakı işi və Azərbaycan voleybolunun indiki durumu barədə məlumat aldıq.

- Şəfəq xanım, istərdim ki, voleybola gəlişindən başlayaq. Necə oldu ki, voleybolla məşğul olmağa qərar verdiz? İlk məşqçinizi və voleybol oynadığınız klubu necə xatırlayırsız?
- Mən voleybola ilk addımlarımı atmağa orta məktəbdə oxuyanda başlamışam. Artıq 5-ci sinifdə oxuyanda Qax rayonunun komandasının tərkibində oynayırdım. Buna qədər də məktəbimizin komandasında oynayırdım. Həmin vaxt məktəblərarası, rayonlararası turnirlər keçirilirdi, biz də orda iştirak edirdik. Bu yarışlarda fərqlənənlər isə rayon komandasının tərkibində ölkə çempionatında mübarizə aparırdı. Bütün bu yarışlar da yüksək səviyyədə təşkil olunurdu. Rəhmətlik Mehdi müəllim bizi yarışlara gətirirdi. Rayonun gənclər və idman idarəsinin rəhbəri Əlövsət Bayramov idi. Onun da komandamıza böyük dəstəyi olurdu. Məhz bu dəstəyin sayəsində ölkə çempionatında iştirak edirdik. Komandamızın adı isə “Kümrük” idi. İlk dəfə 8-ci sinifdə oxuyanda Bakıya gəlmişdim, yarışda iştirak edirdik. Bu həm də Bakı şəhərinə ilk gəlişim idi. İndiyə kimi xatırlayıram, gəlişimiz sentyabra təsadüf etmişdi. Növbəti səfərlərimizin birində məşqçimiz dedi ki, sənin oyununa baxıblar və bəyəniblər, gənclərdən ibarət milli komandaya dəvət olunursan. Sözün düzü, ilk vaxtlar bunun nə demək olduğunu yaxşı başa düşmürdüm. Sevinirdim ki, məni Bakıya çağırıblar. Məşqçimiz deyirdi ki, gələcəkdə də əsas milliyə dəvət alacaqsan. Daha böyük yarışlarda iştirak edib uğur qazanmaq həvəsi məni daha da həvəsləndirirdi. Xoşbəxtəm ki, elə məşqçimin dediyi kimi də oldu. Düzdü, Bakıya səkkizinci sinifdə oxuyanda gəlmədim, amma klublarımızın, milli komandamızın heyətində bir neçə beynəlxalq turnirdə iştirak etdim, uğurlar qazandım.



- Azərbaycanda qızların idmanla məşğul olması xeyli çətindi. Bəzən valideynlər, bəzən qohumlar buna qarşı çıxır. Siz necə, belə əngəllərlə qarşılaşdızmı? Qarşılaşdızsa, onlara necə qalib gəldiz?
- Öz adımdan deyə bilərəm ki, mənim üçün belə bir problem olmayıb. Evdə gəlib deyəndə ki, mən dərnəyə yazılmışam, voleybol məşqlərinə gedəcəm, anam buna etiraz etməyib. Yeganə istəyi o olub ki, məşqlərə getdiyimə görə dərslərimi axsatmayım, müəllimlərdən şikayət gəlməsin. Çalışmışam ki, onun sözünə əməl edim, həm dərslərimi, həm də məşqlərimi çatdırım. Hələ kiçik yaşlarımda atamı itirmişəm. Evdə üç bacı idik, bizi anam böyüdüb. Hər üçümüzün seçiminə həmişə anam hörmət bəsləyib. Amma 8-ci sinifdə oxuyanda Bakıya dəvət aldım, məni millinin məşqlərinə qatılmağa çağırdılar. Lakin anam məni Bakıya göndərmədi. Bəzi problemlər var idi. Anam deyirdi ki, yaşım azdı. Həm də bacım ali məktəbə qəbul olunmağa hazırlaşırdı. Anam deyirdi ki, bacım universitetə qəbul olunandan sonra ikimizi bir yerdə Bakıya göndərəcək. 10-cu sinifdə oxuyanda Bakıya bir aylıq baxış üçün gəldim. Artıq 11-ci sinifdə oxuyanda Voleybol Federasiyası tərəfindən məktəb problemim də həll olundu, Bakıda davamlı məşqlərə qatıldım və təhsilimi burda dəvət etdirdim. Mənim üçün bu şərait yaradıldı. İndi də bu cür davam edir. Perspektivli gənclərin təhsil problemləri həll olunur ki, onlar paytaxta gəlib, məşqlərə qatıla bilsinlər. Eləcə də qalmağa yer də təmin edilir. Mən 8-ci sinifdə belə problemlə qarşılaşdım, bundan sonra heç bir problem olmadı. Bəli, müəyyən ailələrdə qızların idmanla məşğul olmasına əngəl yaradılır. Amma bunu bütün ailələrə şamil etmək olmaz. Bəzi ailələr özləri şərait yaradır, istəyir ki, qızları idmanla məşğul olsun. Çox yaxşı olardı ki, seçimi uşaqlar etsinlər. Adətən, valideynlər övladlarını məşqlərə gətirirlər. Olur ki, uşaq idmanla məşğul olmaq istəmir, amma valideyn istəyir. Arzulayırlar ki, övladları milli komandada oynasın, idmançı olsun. Ölkəmizdə hər iki qrupa aid olan valideynlər var. Bu cür problemlər 15-16 yaşında yaranır. Söhbət voleyboldan gedir. O yaşda uşaq klublarda oynamalıdı, milliyə dəvət almalıdı. Uşaq bu səviyyəyə çatmırsa, valideyn onu başqa sahəyə yönəltməyə çalışır. Uşaqlar daha çox məşq etməlidilər ki, o səviyyəyə çatsınlar. Valideyn övladına düz yol göstərməlidi, düzgün seçim etməyə kömək göstərməlidi. Belədə uşaq da uğur qazana bilər.

Şəfəq Kərimova: “Voleybolla məşğul olmağa başlayanda anamın tək istəyi o oldu ki...”


- Bir voleybolçu kimi çatmaq istədiyiniz bütün məqsədlərə çatıb, qazanmaq istədiyiniz bütün uğurları qazanmısızmı? Ümumiyyətlə, ən unudulmaz oyununuz və ya turnir, eləcə də mükafat kimi nələri xatırlayardız?
- Bəli, bir voleybolçu kimi ən böyük arzuma çatmışam. Ölkəmi təmsil etmişəm, milli komandada oynamışam. Televiziya ekranından izlədiyim tanınmış idmançılarla eyni vaxtda voleybol oynamışam, bir komanda çıxış etmişəm. Azərbaycana voleybolu sevdirən Faiq Qarayevin rəhbərliyi altında voleybol oynamışam. Onun tövsiyyəsi ilə oynamaq, onun məşqlərinə qatılmaq hər bir idmançı üçün xoşbəxlikdi. İdman belədi - həm uğur var, həm də uğursuzluq. İki komandadan bir məğlub olmalıdı. Amma belə deyim ki, mənim həm millidə, həm “Azərreyl”də çıxışım uğurlu alınıb. Mən voleybolçu karyeramı hansısa bir uğura, yaxud yarışa görə bölmək istəmirəm. Mənə elə gəlir ki, millinin heyətindəki bütün çıxışlarım uğurludu. Millinin heyətində ilk yarışım Heydər Əliyevin adını daşıyan turnir olmuşdu. Bu turnir Bakıda keçirilirdi. Mənim üçün bir ilk idi.



- Necə düşünürsüz, idmanla məşğul olmaq təhsil almağa mane olurmu?
- Bir qədər əvvəl də qeyd etdiyim kimi, valideynlərin əsas narahatçılığı övladlarının idmanla məşğul olarkən təhsildən uzaq düşməsiylə bağlıdı. Bir də görürsən ki, belə problemləri hiss edən valideynlər övladını məşqlərdən uzaqlaşdırmaq istəyir. Ölkəsini təmsil edən hər bir idmançı üçün bu uğur sayılır. Bəlkə də, təhsil alsaydı, orda uğur qazanmayacaqdı. Hansısa universiteti bitirə bilməyən istedadlı vətəndaş idmanda ölkə üçün uğur qazanırsa, həmin şəxs ölkəsi üçün faydalıdı. Hazırkı dövrdə uşaqların məktəbdəki dərsləri də çox ağırdı. Onları məşqlərlə bir araya sığışdırmaq çox çətin olur. Buna görə də fərqlənən idmançılara bu işdə dəstək olmaq lazımdı. Yaxşı idmançılara, perspektiv vəd edənlərə yarışlara yaxşı hazırlaşmaq üçün şərait yaradılır. Əminəm ki, bundan sonra da bu şərait yaradılacaq. Bir idmançı üçün gündə iki dəfə məşqi çatdırmaq, sonra da bu yorğunluqla dərs oxumaq çətin olur. Amma mənə elə gəlir ki, bir insan qarşısına məqsəd qoyursa, öz məqsədi üçün çalışacaq və buna çatacaq.



- Hazırda federasiyada çalışırsız, yəqin ümumi vəziyyətlə tanışsız. Uşaqların və yeniyetmələrin voleybola marağı hansı səviyyədədi? Kütləvilik sizi qane edirmi?
- Voleybol həmişə olduğu kimi, bu gün də Azərbaycanda sevilən, populyar olan idman növlərindən biridi. Həm qadınlar, həm də kişilər arasında voleybol paralel şəkildə sevilir. Bizim çox perspektivli idmançılarımız var. Bizə olan müraciətlərdən də bunu görürük. Valideynlər çalışır ki, övladlarını voleybola yazdırsınlar. Gərək uşaqlar da bunu istəsin. Hər bir idman növü ilə məşğul olmaq çətindi. Gərgin məşqlərdən keçməli olursan. Uşaq öz istəyi ilə məşqlərə gəlmirsə, bir müddət sonra yorulur və istəyir ki, idmandan uzaqlaşsın. Amma öz istəyi ilə məşqə gələn uşaqlar çətinliklərə qatlaşırlar, əziyyətə dözürlər. Sonda da bu zəhmət nəticəni gətirir. Bu gün fedrasiyada 8-12, 12-15 və daha sonra böyük qruplarda məşqlərimiz var. Alla Həsənova və Oksana Məmmədyarova bu məşqləri keçir. Digər məşqçilərimiz də bu istiqamətdə çalışır və bu məşqlər ödənişsizdi. Voleybol Federasiyası həmişə çalışır ki, idmançılara, həvəsi olan uşaqlara dəstək olsun. Məşq qrafiki də uşaqların dərslərinə uyğunlaşdırılır. Düşünürəm ki, yetərincə gənclərimiz var və onlar voleybolla məşğul olmaq istəyirlər. Əminəm ki, bu imkandan yararlanacaq və uğur qazanacaqlar.



- Azərbaycan voleybolunda sözünü demiş idmançılardansız və fikriniz bu idman növündə ilk addımlarını atan yeniyetmələrə təkan ola bilər. O idmançılara və onların valideynlərinə nə demək istərdiz?
- Bütün bu idman növlərində uşaqların həvəsi, istəyi böyük rol oynayır. Mənim anam müəllimə olub. Mən özüm baxmışam, voleybolu sevmişəm və məşqlərə də özüm yazılmışam. Bu görə də əziyyətə qatlaşmışam. Ətrafımdakı insanlar da mənə dəstək olublar. Valideynlər də uşaqlarda sevgini yarada bilərlər. Bunun üçün ya efirdən canlı şəkildə oyunları izləmək olar, ya da uşaqları çempionatın oyunların gətirmək mümkündü. İdman çox gözəl şeydi. İdmançılar sağlam böyüyür. Həyatında da intizam olur. İdmançı günlük planla, əsgər kimi qrafikini qurur. Beynəlxalq yarışlarda iştirak edib, dünyanı gəzirsən. Əsası isə ölkəni təmsil edib, bayrağımızı ucaldırsan. Bundan gözəl hansı hiss ola bilər?! Dövlətimiz də idmançıları dəstəkləyir, qayğı ilə əhatə edir. Qax rayonunda kiçik bir zalda məşq edən qız idim və milli komandaya qədər yüksəldim. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən də mənzillə mükafatlandırılmışam. Buna görə də dövlət başsına, federasiya rəhbərliyinə, məni dəstəkləyən insanlara minnətdarlığımı bildirirəm. Sizin özünüzə də təşəkkür düşür. Bizim uğurlarımızı işıqlandırmağınız özü bir dəstəkdi. İdmanla məşğul olmaq özü bir şərəfdi. Valideynlər də bütün bunları nəzərə alıb, uşaqlarına dəstək olmalıdı. Bizim voleybolumuz da həmişə öz sözünü deyib. Bundan sonra da belə olacaq. İdmançı həyatı enişli-yoxuşludu. Qarşıya məqsəd qoyub, buna doğru çalışmaq lazımdı.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb

Oxunub: 698
Paylaş:
Digər xəbərlər

İdman / Manşet

25-03-2022, 21:0

Voleybol Federasiyasında hökm sürən qeyri-müəyyənliklər

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İdman

4-02-2018, 12:0

Voleybolla zəngin həftəsonu

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

İdman

5-04-2022, 14:0

Voleybol Federasiyasında seminar

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Bu gün, 14:02
    “Milan” ilə yenidən anlaşdı
  • Bu gün, 14:00
    22-ci turun daha dörd qarşılaşması keçirilir - YENİLƏNİR
  • Bu gün, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Bu gün, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Bu gün, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
  • Bu gün, 12:48
    Joze Alesio Da Silva: “8 ildi eyni problemlərdən danışırıq”
  • Bu gün, 12:27
    Modriç türkiyəli fanatlara təşəkkür etdi - FOTO
  • Bu gün, 12:06
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:45
    Yığmamızın AÇ-nin seçmə mərhələsi üçün heyəti açıqlandı
  • Bu gün, 11:24
    Şamaxıda 6 qol - VİDEO
  • Bu gün, 11:03
    “Kəpəz”in yeni məşq mərkəzi istifadəyə verildi - FOTO
  • Bu gün, 10:42
    Dünya çempionatına ev sahibliyi hüququ bu ölkədən alındı
  • Bu gün, 10:21
    Şahmatçılarımız Avropa çempionatında çıxışlarını başa vurublar
  • Bu gün, 10:00
    "Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
  • Dünən, 23:49
    Argentina 6 ildən sonra ilk dəfə
  • Dünən, 23:30
    "Mançester Yunayted"in Reşford planı
  • Dünən, 23:10
    Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək
  • Dünən, 22:51
    "Vaşinqton"un yay planı
  • Dünən, 22:30
    Mahir məşqlərə başladı
  • Dünən, 22:15
    Messi "Barselona"ya dönməyi planlaşdırır?
  • Dünən, 21:51
    "Barselona" üçün daha bir problem
  • Dünən, 21:30
    Nikita Zadorovun hərəkəti rusiyalı jurnalistləri təəccübləndirib
  • Dünən, 21:15
    Rus mütəxəssis “milyonçu” olacaq
  • Dünən, 20:50
    Kuçerov 13-cü pilləyə yüksəldi
  • Dünən, 20:30
    “Admiral”da yeni müqavilə
  • Dünən, 20:15
    Rusiyalı tennisçi 28 görüşdə 26-cı qələbəsini qazandı
  • Dünən, 19:52
    Gənclərin Azərbaycan çempionatında daha 7 çəkidə qaliblər müəyyənləşib
  • Dünən, 19:30
    Amerikalı tennisçinin karyerasında ilk
  • Dünən, 19:10
    “Güzəştli kart”ın sahibləri bəlli oldu
  • Dünən, 18:52
    Zirədə 2 qol - VİDEO
  • Dünən, 18:21
    “Monreal” yenə pley-offdan kənarda qaldı
  • Dünən, 17:55
    “İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
  • Dünən, 17:34
    Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
  • Dünən, 17:23
    O olmasın, bu olsun!
  • Dünən, 17:02
    Birinci divizionda 22-ci turun 3 oyunu keçirildi - YENİLƏNİB
Daha çox
Oxunub: 5 558
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 939
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 1 863
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 1 724
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 014
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 835
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə