Lakin nigeriyalının Portuqaliya təmsilçisinə transferi ləngiyir. Bunun səbəbi nədi? Portuqaliya mediası, konkret “A Bola” qəzeti iddia edir ki, “Aroka” Lavalın keçidini pulsuz həll etmək istəyir. Görəsən, bu həqiqətdi? Sualımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq:
“Bu barədə sizin qəzetdə də məlumat getmişdi. Lavalı qarşı tərəfə müəyyən pul qarşılığında vermişik. Yaxın günlərdə tibbi baxışdan keçməyə gedəcək. Bu baş tutandan sonra satış müqaviləsi qüvvəyə minəcək”.

