Ölkə futbolunda yaranan fasiləylə əlaqədar "Qarabağ-2" hazırlıqlarını davam etdirir.
Football-plus.az xəbər verir ki, komanda Bakıda toplaşıb.
Təlim-məşqlə bağlı daha detallı bilgilər əldə etmək üçün komandanın baş məşqçisi Cavad Mirzəyevlə əlaqə saxladıq:
"Yanvarın 3-dən bir araya gəlmişik. İlk günlərdə yüngül məşqlərlə keçindik. Komandamızı tərk edənlər olmasa da, tam heyətlə məşq edə bilmirik. Əsas heyətimizdən 8 oyunçunun xidmətindən məhrumuq. Onlardan 5-i zədəli, xəstədi. 3 nəfər David Sayenko, İbrahim Ağayarov, Rəhim Cəfərov əsas komandayla Türkiyədədi. 4 yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Onlardan 2-si baş tutub. "Səbail - 2"ni 6:1 məğlub etmişik, "Zirə-2"ylə qolsuz bərabərə qalmışıq. Qarşıda "Sumqayıt" ilə "Şamaxı"nın əvəzediciləriylə də yoldaşlıq görüşlərimiz var".
ABDULLA İSMAYILOĞLU