İranlı futbolçu “Araz Naxçıvan”ı sevindirdi

16.08.2022 15:59 529
1-ci liqa
Yeni mövsümdən 1-ci divizionda mübarizə aparacaq "Araz Naxçıvan" iyulun 4-də təlim-məşq toplanışına start vermişdi.

Football-plus.az xəbər verir ki, avqustun 6-dan isə hazırlıq Türkiyənin Ərzurum şəhərində davam etdirildi. Muxtar Respublika təmsilçisi son yoxlama matçını dünən keçirərək vətənə qayıdıb. Azər Bağırovun yetirmələri "Erbaaspor"a 2:1 hesabı ilə qalib gəlib. Qolları iranlı transfer Zöhrab Fəxrabadi vurub.

“Araz Naxçıvan” buna qədər keçirdiyi 4 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 1 dəfə uduzmuşdu.

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul