Hələ ilin əvvəlində Erlinq Holannın “Borussiya”nı (Dortmund) tərk edəcəyi məlum idi.
Football-plus.az xəbər verir ki, norveçli superbombardir uğrunda mübarizədən “Mançester Siti” qalib çıxdı. 22 yaşlı hücumçu ona görə ödənilən 60 milyon avroluq təzminatın əvəzində möhtəşəm oyun sərgiləyir.
Premyer-liqa kimi çətin turnirdə meydana çıxdığı ilk 14 oyunda 20 qol vuran Holannın bu gedişlə İngiltərədə bütün rekorları yeniləyəcəyinə çoxları şübhə etmir.