• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ümummilli sorğunun növbəti ikiqat qalibi – Emin Mahmudov!

Aktual / Manşet

31-12-2022, 11:0

25 yaşlı “Futbol+” məhz ilin son günündə 24-cü ümummilli sorğusuna yekun vurur.

“İlin son günü” və “ümummilli” ifadələrini xüsusi vurğulamağımızın səbəbi var. Hər il bilərəkdən prosesə ilin son günlərində yekun vururuq ki, bütün ölkədaxili yarışlar bitsin, heç kimin haqqı yeyilməsin. Futbol ictimaiyyətinin, demək olar ki, bütün təbəqələrini prosesə qoşmaqla ümummilli sorğu keçiririksə, bütün ölkə nəticələrlə maraqlanırsa, deməli, haqqı nahaqqa vermək olmaz. Məsələn, elə bu sorğunun gedişində Musa Qurbanlının adının nominantlar sırasında olmamasından gileylənənlər var idi, Heç şübhəsiz, “Qarabağ”ın gənc hücumçusu 2022/23 mövsümünün ilk yarısını fenomenal keçirir, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Amma istənilən futbolçunun yarımillik yox, illik göstəriciləri əsas götürülür, təəssüf ki, Musa ilin ilk yarısını uğurlu keçirməyib, 2021/22 mövsümünün bu ilə düşən hissəsində cəmi 7 oyun keçirib, 2 qol vurub. Avrokubok və yığma statistikasından isə heç danışmağa dəyməz. Qurban Qurbanov ona 2 oyunda 4 dəqiqə, Canni de Byazi isə 4 oyunda 214 dəqiqə şans verib. Təbii ki, irəlidə Musa namizəd və hətta atası kimi qalib olmaq imkanı da qazanacaq.

De Byazidən söz düşmüşkən, o və AFFA-nın sabiq baş katibi Elxan Məmmədov sorğuya qatılmaq istəmədi. Yığmanın baş məşqçisi yetirmələri arasında fərq qoymaq istəmədisə, Elxan bəyin dəlilini bilmədik. Halbuki elə bu De Byazi ötən il sorğuya qatılmış, Emin Mahmudov, Maksim Medvedev və Qara Qarayevə səs vermişdi.

Elə bu məqamda respondentlərin “sinfi” tərkibinə nəzər salmağa dəyər. Biz niyə bu seçimə ümummilli sorğu deyirik? Ona görə ki, klub və yığma məşqçilərindən, hətta 1-ci divizionda çalışanlardan tutmuş ölkə futboluna rəhbərlik edənlərə, mütəxəssislərə, AFFA nümayəndələrinə, kapitanlara, mətbuat katiblərinə, əvvəlki qaliblərə, jurnalistlərə, blogerlərə qədər hər kəsə seçim imkanı yaradır, bu prosesdə daha çox adamın iştirakına çalışırıq. Çox təəssüf ki, Barış Şimşək də Frits Stuxlikin yolu ilə getdi, hakimlərin, hakim-inspektorların seçim azadlığını əlindən aldı. Guya bu təbəqənin seçimi sonradan onların yaşıl meydanda futbolçularla münasibətlərinə təsir edəcəkmiş, hakim tayfası tərəf tutmamalıdı və s. və i.a. Qəbul etməsək də, anlayışla qarşılayırıq. Onsuz da sorğumuzda respondent sayı ildən-ilə artır. Bu il 1-ci divizion çalışdırıcılarını və blogerləri də seçimdə iştiraka dəvət etməklə sayı 180-ə çatdırdıq. Daha 179 adam isə mesaj göndərməklə və “feysbuk” hesabımıza yazmaqla sorğuya qatılıb.

Sorğunun gedişində bəzi maraqlı iradlarla da qarşılaşdıq. Məsələn, “bizdə futbolçu var ki?” deyənlər də oldu, səsvermənin gedişindən xəbər tutmaq, hətta kimə səs verəcəyi ilə bağlı məsləhət almaq istəyənlər oldu. Təbii ki, biz belə istəkləri yaxın buraxmadıq. Hansı səviyyədə olur-olsun, seçim ədalətli və şəffaf getməlidi, prosesə kimsə müdaxilə etməməli, halallıq qorunmalıdı. İlk gündən bu prinsipə söykənmişik, bundan sonra da söykənəcək və gələn il sorğunun təşkili-strukturu ilə bağlı bəzi yeniliklər edəcəyik.

İndi isə bizə düşən Emin Mahmudovu halal qələbə münasibəti ilə təbrik etməkdi. “Neftçi”nin kapitanı ardıcıl 2-ci dəfə ölkənin ən güclüsü oldu, ötən 2021-də ciddi müqavimətlə üzləşməmişdisə, bu il Ramil Şeydayevin şəxsində ciddi rəqibi var idi. Ümumi fərq 93 xal olsa da, bəzi təbəqələrin seçimdə onları bir-birindən 5, 7 xal ayırırdı. Emin “Futbol+”in sorğusunda ən azı iki dəfə qalib gələn 3-cü futbolçudu. Xatırladaq ki, Rəşad Sadıqov ümummilli sorğunun 6 qat, Qara Qarayev 2 qat qalibidi. Ramil Şeydayev isə 2019-da olduğu kimi, yenə 2-ci yeri tutdu.

Nəhayət, sonda daha bir kiçik məqam: təbii ki, biz Mahmud Qurbanovun istefasından xəbərdarıq. Ancaq sorğu keçiriləndə hələ baş məşqçi idi və bu üzdən statusunu belə də göstərmişik. Şahin Diniyevin “Səbail”in baş məşqçisi kimi sorğuya qatılması yəqin sizə də xoş gəlməzdi.
Qaliblərimizi təbrik edir, onlara və Azərbaycanın futbol ictimaiyyətinə daha uğurlu il arzulayırıq!

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

25-12-2022, 20:0

“İlin futbolçusu” 10 namizəd: kimlər və hansı xidmətlərinə görə?

Aktual
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
“Turan Tovuz” finala çıxmaq istəmirdi?
“Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
“Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
Son xəbərlər
  • Bu gün, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
  • Bu gün, 00:06
    10 il əvvəlki çempion 3-cü diviziona düşdü!
  • Dünən, 23:32
    Milli komandada istefa
  • Dünən, 23:01
    Günay Qurbanova bürünc medal qazandı - AÇ
  • Dünən, 22:15
    "Kolambus Kryu" Nərimanı təbrik etdi
  • Dünən, 21:37
    Qaliblər vətənə döndü! - 2 qızıl, 3 bürünc, 133 xal
  • Dünən, 20:42
    Zaur Axundov futzalın qara gününü niyə ört-basdır edir?! – YAZI
  • Dünən, 20:11
    Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
  • Dünən, 19:40
    Cəbrayılda cüdo üzrə kəmər imtahanı keçiriləcək
  • Dünən, 19:19
    Rəhim Həsənov Rəvan Həmzəzadədə səhv tapmadı - VİDEO
  • Dünən, 18:48
    “Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
  • Dünən, 18:17
    LNZ ilk 15 dəqiqədə qol buraxanda həmişə qələbəyə həsrət qalır - İCMAL
  • Dünən, 17:46
    ''Beşiktaş'' prezidenti icarədə olan oyunçular və Fernandeş haqda nə dedi?
  • Dünən, 17:15
    Cokoviçlə Alkaras Madrid turnirindən çəkildi
  • Dünən, 16:44
    Millimiz Belarusla qarşılaşacaq
  • Dünən, 16:13
    MBA-nın oyunlarını Amerikada 170 milyon adam izləyib!
  • Dünən, 15:42
    Makdevid mövsümün bombardiri, Makkinnon snayperi oldu
  • Dünən, 15:11
    “Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
  • Dünən, 14:40
    “Turan Tovuz” finala çıxmaq istəmirdi?
  • Dünən, 14:19
    “Karvan-Yevlax”ın ulduzları niyə oynamır?
  • Dünən, 13:58
    Jalə Əliyeva Avropa çempionatının yarımfinalında
  • Dünən, 13:27
    Nəbi İsgəndərovdan növbəti qələbə - Dünya Kuboku
  • Dünən, 12:56
    “Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
  • Dünən, 12:25
    Nəbadə, Elvin!
  • Dünən, 11:54
    “Sabah” ölkə kubokunda 20-ci ev qoluna imza atdı
  • Dünən, 11:23
    “Erkən qollar komandanı sındırdı” - Qərb təmsilçisinin prezidenti
  • Dünən, 10:52
    Güləş millimiz Avropa çempionu oldu
  • Dünən, 10:31
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:00
    Daha dörd güləşçimiz mübarizəyə başlayır - AÇ
  • 22-04-2026, 23:0
    "Fərqli ölkələrdə çalışmışam, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm" - Valdas Dambrauskas
  • 22-04-2026, 23:0
    "Yəqin, məni cərimə etməzlər, sanki hakimlər "başlarını itiriblər" - Qurban Qurbanov
  • 22-04-2026, 23:0
    ''Qalatasaray''ın portuqaliyalı ulduza təklif etdiyi maaş bəlli oldu
  • 22-04-2026, 22:0
    ''Trabzonspor'' daha bir ukraynalı ilə anlaşdı
  • 22-04-2026, 22:0
    "Sabah" da finalda! - YENİLƏNİB
  • 22-04-2026, 21:0
    Həsrət Cəfərov dördüncü dəfə Avropa çempionu oldu
Daha çox
Oxunub: 615
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 185
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə