"Ruhdan düşməməliyik" - Elmar Baxşıyev

24.12.2022 17:39 238
Premyer-liqa / Manşet
Bu gün Misli premyer-liqasının 18-ci turunda "Qəbələ" "Turan Tovuz"la heç-heçə edib - 0:0.

Football-plus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Elmar Baxşıyev matç haqda fikirlərini səsləndirdi:

"Ağır olacağını bilirdik. Kubok oyunundan sonra temp baxımından çətinlik çəkdik. "Qarabağ"la matçda çox güc sərf etdik. Düşünülmüş hücumlarımız var idi, tamamlamaqda çətinlik çəkdik. Qarşıda uzun yol var. Ruhdan düşməməliyik".


- Oyunda aqressivlik çatışmırdı. Sanki hamı istirahəti düşünürdü. Bunu hiss etdiz?
- Xeyr, kubokun yorğunluğu var idi. Futbolçularıma təşəkkür edirəm. Sona qədər dözdülər və intizamı qorudular.

- Yorğunluqdan fərqli olaraq, komandanın eyforiyaya qapıldığı hiss edilirdi...
- Kubokda nəsə əldə etməmişik. Sadəcə, çox güc sərf etdik. Bununla bağlı idi.