Kevin Lavın Lebron Ceyms sevgisi

7.12.2022 18:59 270
İdman
“Klivlend”in hücumçusu Kevin Lav maraqlı açıqlama ilə diqqət çəkib.

Football-plus.az xəbər verir ki, 34 yaşlı amerikalı keçmiş komanda yoldaşı Lebron Ceymsin MBA tarixinin ən yaxşı oyunçularından biri olduğunu dilə gətirib:

“O, bütün zamanların ən böyük basketbolçuları arasında birinci və ya ikincidi. Buna onunla komanda yoldaşı olan zaman şahidlik etmişəm. Şəxsən onun bir nömrə olduğunu düşünürəm. Lakin bu, başqaları üçün müzakirə mövzusudu”.