Dünən DÇ-2022-in C qrupunda Argentina Polşanı 2:0 hesabı ilə məğlub edib.
Football-plus.az xəbər verir ki, bu nəticə ilə avropalılar mundialın 1/8 finalına vəsiqə qazanıb. Çeslav Mixneviçin komandası sonuncu dəfə 1986-cı ildəki mundialın pley-offuna yüksəlmişdi. Polşalılar 36 illik fasilədən sonra tarixi uğura imza atıblar.
Qeyd edək ki, 1/8 finalda Polşa millisinin rəqibi Fransa olacaq.