İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

1.12.2022 13:07 319
DÇ 2026
Dünən DÇ-in C qrupunda Argentina Polşanı 2:0 hesabı ilə məğlub etdi.

Football-plus.az xəbər verir ki, görüşün 35-ci dəqiqəsində referi Danni Makkeli qolkiper Voytsex Şçesnınin Lionel Messinin üzünə əlinin kənarı ilə vurduğu üçün penalti təyin etdi. Düzdü, Argentina millisinin kapitanı zərbəni dəqiq yerinə yetirə bilmədi.

Lakin niderlandlının qərarı futbol ictimaiyyətində müzakirəyə səbəb olub. Belə ki, sabiq müdafiəçi Rio Ferdinand məsələ ilə bağlı BBC-yə açıqlama verib. İngiltərə millisinin keçmiş üzvü hadisəni utanc verici qərar adlandırıb:

“VAR belə şeylər üçün tətbiq olunmur. Qapıçı Messinin kirpiklərini oxşadı. Əvvəlcə bundan danışaq. Hakimin epizodu izləməyə getməsi daha biabırçıdı. Məncə, çox bərbad qərardı”.