Erik ten Haq Kriştiano Ronaldonun gedişindən sonra hücumçu mövqeyinə namizədlərlə bağlı qərar verib.
"Football-plus.az" xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, “Mançester Yunayted”in baş məşqçisi “Milan”dan Rafael Leao və ya PSV-dən Kodi Qakponun transferində maraqlıdı. O, rəhbərlikdən yanvarda bu futbolçulardan birinin alınmasını istəyib.
Xatırladaq ki, MY noyabrın 22-də Ronaldo ilə müqaviləni ləğv edib. Buna onun klub və Ten Haq haqda qalmaqallı fikirləri səbəb olub.