"Mümkün şəraiti nəzərə alaraq, çox vacib qələbə qazandılar" - Rəşad Sadıqov

23.11.2022 16:56 322
Ölkə kuboku
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mingəçevir"ə qalib gələrək (2:0) növbəti mərhələyə yüksəlmələri barədə danışıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, mütəxəssis önəmli qələbə qazandıqlarını deyib:

"Çox vacib qələbə qazandıq. 1/8 final mərhələsi 1 oyundan ibarətdi. Bu, üzərimizdəki təzyiqi artırırdı. Futbolçularıma təşəkkür edirəm. Mümkün şəraiti nəzərə alaraq, bu gün çox intizamlı, peşəkar oynadılar və bizim üçün çox vacib qələbə qazandılar".


Qeyd edək ki, "Zirə" 1/4 finalda Neftçi" ilə üz-üzə gələcək.