Adrien Rabyonun dünya çempionatında debütü əla alınıb.
"Football-plus.az" xəbər verir ki, o, Avstraliya ilə oyunda komandasının 4:1 hesablı qələbəsində bir qolun və məhsuldar ötürmənin müəllifi olub. Bu, Fransa yığmasında 1998-ci ildən sonra nəhəng turnirdə ən yaxşı debütdü. Kristof Düqarri də 24 il əvvəl Fransada keçirilən mundialın Cənubi Afrika ilə oyununda (3:0) qol və assist ilə fərqlənmişdi.