Nominantların siyahısı məlum oldu

9.11.2022 19:30 364
Dünya futbolu
Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb.

Siyahıya Lionel Messi (PSJ), Amin Quiri və Marten Terrye (hər ikisi “Renn”) layiq biliniblər. Messi ötən ay Liqa 1-də iştirak etdiyi 4 oyunda 3 qolun və 3 məhsuldar ötürmənin müəllifi olub. Quiri 5 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Terryenin 5 matçdakı göstəriciləri isə 5 qola və 2 assistə bərabər olub.