Neymar Liqa 1-də uğurlu çıxışını davam etdirir.
Braziliyalı futbolçu PSJ-nin “Loryan” üzərində 2:1 hesablı qələbəsində bir qol və məhsuldar ötürmə ilə rol oynayıb. Neymar bu mövsüm Fransa çempionatında iştirak etdiyi 13 oyunda 11 qolun və 9 məhsuldar ötürmənin müəllifi olub. O, bu planlarda yığdığı 20 xalla Liqa 1-də hamını arxada qoyur.