Azərbaycan kubokunda 1/8 finalın hakimləri açıqlandı

21.11.2022 12:58 366
Ölkə kuboku
Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçları üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, görüşlər adları aşağıda qeyd olunan hakimlərə tapşırılıb:

22 noyabr (çərşənbə axşamı)

14.00. MOİK – “Səbail”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Binə qəsəbə stadionu

14.00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Şamaxı şəhər stadionu

15.00. “Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

23 noyabr (çərşənbə)

14.00. “Mingəçevir” – “Zirə”

Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14.00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu

17.00. “Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva
“Bank Respublika Arena”