Bu müddətdə 2 yoldaşlıq matçı keçirəcəyik. Noyabrın 17-də Macarıstanın, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcəyik. Baş məşqçi Samir Əliyev Türkiyəyə bu heyəti aparacaq:
Şirxan Həsənzadə, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfərov (hamısı “Sabah”), Rza Cəfərov, David Orucov, Hüseyn Babayev, Rüfət Abbasov, Elcan Əbilov, Ramin Nəsirli (hamısı “Neftçi”), İbrahim Ramazanov, Süleyman Damadayev, Emil Səfərov (hamısı “Qəbələ”), Xəyyam Hüseynov, Veysəl Rzayev, Elçin Qasımov (hamısı “Turan Tovuz”), Samir Abdullayev (Səbail), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Şamaxı”), Tuqay Əlizadə (Araz Naxçıvan), Murad Vəliyev (“Levadiya”, Tallin/Estoniya), Nihat Fərəcli (“Tus Koblenz”, Almaniya), Mustafa Yıldırım (“Çorum”, Türkiyə).
Maraqlıdı, komandanın düşərgəsində ab-hava necədi? Heyət baş məşqçinin ürəyincə olub? Qarşıdakı yoldaşlıq oyunlarına hazırlıq necə gedir? Bu suallarla Samir Əliyevə müraciət etdik:
“Zədəlilərimiz var. Kapitanımız, "Neftçi"nin futbolçusu Fərid Yusifli zədəlidi. Samir Məhərrəmliylə Nazim Həsənzadə də zədəlidi. Onların yerini ilk dəfə dəvət alan futbolçularla doldurmuşuq. Onları da yoxlamaq istəyirik. Bildiyiniz kimi, iki reytinqli yığma ilə qarşılaşacağıq. Bu komandalarla oyunlarda porensialımızı, nəyə qadir, nəyin üzərində daha çox işləməli olduğumuzu görmək istəyirik. Futbolçuları yaxşı oyuna kökləyirik. Rəqiblər həm reytinq, həm də səviyyə baxımından bizdən üstündü".
"Zaqatala"nın futbolçusu Cəlal Cəbrayılovun da U-21-ə dəvət alacağı gözlənilirdi. Əliyev 9 qolla birinci divizionun bombardiri olan futbolçunun kənarda qalmasını belə izah etdi:
"Gözlənilirdi deyəndə ki, kim gözləyirdi? Futbol ictimaiyyətinin əksəriyyətinin o futbolçu haqda məlumatı yoxdu. Lakin biz heç kimi diqqətdən kənarda saxlamırıq. Ondan da istedadlı yetərincə futbolçu var. Nəzarətdə saxlayırıq, gələcəkdə özünü daha yaxşı göstərsə, layiq görsək, dəvət olunacaq. Dünyanın sonu deyil. Mənə bir neçə nəfər zəng edib ki, onun dəvət ediləcəyi gözlənilirdi, bunun dəvət ediləcəyi gözlənilirdi. Başa düşmürəm, buna kim söz verib? Yenə deyirəm, Cəlal Cəbrayılov haqda məlumatımız var. Köməkçi məşqçimiz məlumat verib. Özünü yaxşı tərəfdən göstərsə, belə davam etsə, dəvət ala bilər".
ŞAİR ABDULLA





