• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Okan Buruk: “Fənərbaxça”nın indidən çempion sayılması xeyrimizədi” - MÜSAHİBƏ

Dünya futbolu / Müsahibə

4-11-2022, 20:0

Qalatasaray'' Türkiyədə bu yayın ən hay-küylü transferlərini həyata keçirsə də, hələ ki oyunu ilə fanatlarını sevindirə bilmir.

Komanda qələbələri çətinliklə qazanır. ''Cim-Bom'' son turda ''Fatih Karagümrük''ü yensə də, Okan Buruka qarşı camiədə hələ də çoxlu şübhələr var. Onun tərəfdarları məşqçiyə vaxt verilməsini istəyirsə, əleyhdarları adəti üzrə Fatih Terimin gətirilməsini tələb edir. ''Qalatasaray''ın başına keçəndən bəri, demək olar, Türkiyə mətbuatına müsahibə verməyən 49 yaşlı mütəxəssis susqunluğunu pozub.

- Bazar ertəsi komandaya istirahət verdiz. Bu nə ilə bağlıdı?
- Komandaya artıq neçə həftədi istirahət vermirdim. Oyunçuların buna ehtiyacı var idi. Həm də nəzərə alaq ki, qarşıdakı iki turda ''Beşiktaş'' və ''İstanbul BŞ''yə qarşı iki ağır oyunumuz olacaq. Yəni bu müddətdə də istirahət fürsəti olmayacaqdı. Ona görə də belə addım atdım.

- İkardinin komandanın oyunu olan məqamda Argentinaya yollanması fanatlar arasında və sosial şəbəkələrdə birmənalı qarşılanmadı…
- Küçədə olan fanatlarla sosial şəbəkələrdə olan fanatların dili eyni deyil. İkardi məsələsində mən nə edim? Mənim üçün əsas odu ki, dediyim vaxtda İstanbula qayıtdı və məşqlərə başladı!

- Ümumiyyətlə, onun oyunundan razısız?
- Şəxsən mənim çox uzun müddətdi görmədiyim şəkildə itaətkar bir futbolçudu. Məşqləri sevir və ürəkdən məşq edir. Gəldiyi gündən bəri bir məşq də buraxmayıb. Hətta məşq bitdikdən sonra da üzərində çalışmaqda həvəsli olduğunu görürəm. Bu cəhətdən ondan inanılmaz dərəcədə məmnunam. Nə tapşırıramsa, hamısını yerinə yetirir. Açığı, onun bu dərəcədə çalışma istəyinin olacağını gözləmirdim. Mənim üçün xoş sürpriz oldu.

- Bəs Mertens haqda nə düşünürsüz?
- O da məni yaxşı mənada təəccübləndirənlər arasındadı. Bu dərəcədə komanda ilə qaynayıb-qarışacağını, özünü bura aid və buranın önəmli bir parçası kimi hiss edəcəyini gözləmirdim. Futbolçu kimi keyfiyyətlərinə isə söz ola bilməz. İnanılmaz oyunçudu. O da məşq etməyi sevir. Çox çalışqan oyunçudu.

- ''Qalatasaray'' görmək istədiyiniz futbolu sərgiləyirmi?
- Mənim görmək istədiyim futbol ''Alanyaspor''la qarşılaşmanın ilk yarım saatında sərgilədiyimiz oyundu. Onu da hakim imkan vermədiyi üçün davam etdirə bilmədik! Mənim komandam məhz o cür oynamalıdı. Gəlin, bir məqamı unutmayaq ki, bu komanda çox gec quruldu. Biz mövsümə başlayarkən ''Fənərbaxça'' və ''Beşiktaş'' qədər hazır deyildik. Çünki komandanı gec komplektləşdirdik. Amma hər şeyə rəğmən, ilk turları heç də pis keçirmədiyimizi düşünürəm.

- Hələ də düşünürsüz ki, ''Alanyaspor''la oyunda Əli Palabıyık sizə münasibətdə qərəzli mövqe tutmuşdu?
- Bəli. Həmin qarşılaşma ilə birlikdə yüksəlişə keçəcəkdik. Palabıyık bunun qarşısını kəsdi. Açıq-aşkar bilərəkdən edildi. Mənə edilən önəmli deyil. Amma zərər ''Qalatasaray''a dəyəndə iş dəyişir!

- Sizcə, həftədə bir dəfə oyun keçirən bir komanda üçün heyət həddən artıq geniş deyilmi?
- Həftədə bir oyun keçirmək bu vəziyyətdə əleyhimizə işləyir. Çünki heyət genişdi və rotasiya imkanım məhduddu. Həftədə bir oyun keçirdiyimiz üçün həmin o bir qarşılaşmaya əlimin altındakı ən yaxşı oyunçuları buraxmaq məcburiyyətində qalıram. Amma hələ yolun əvvəlindəyik. İstədiyim futbolu komandaya tam aşılaya bilməmişəm. Buna baxmayaraq, düzgün yolda olduğumuzu düşünürəm. Yarımmüdafiəçilər və hücumçular zaman ötdükcə bir-birinə alışır. Cəzalar və başqa səbəblər üzündən müdafiədə problemlər yaşadıq. Amma bunların hamısını yoluna qoyacağıq. ''Beşiktaş''la derbi ərəfəsində şuarımız ''hər şey ''Qalatasaray'' üçün''dü. Qulaqlarımızı tıxayıb işimizə köklənmişik. ''Qalatasaray''ın yüksəlişi derbidə də davam edəcək. Fanatlar bizə güvənsin.

- Bu mövsüm komandada zədəli oyunçuların sayının az olması diqqəti çəkir.
- Bəli, mövsümün əvvəlindən bəri, demək olar, ciddi zədələnən futbolçumuz olmayıb. Çünki mövsümöncəsi toplanışı yaxşı keçdik. Yükləmələri tam qaydasında etdik.

- Yusuf Dəmir son oyunlarda şans qazanmır.
- Yusuf gənc oyunçudu. Yeni mühitə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Kubok matçında ona şans verdim. Dediyim kimi oyunların sayı bir qədər çox olsaydı, bu cür oyunçuları rotasiyada daha çox istifadə edərdim. Bu, onların inkişafını da sürətləndirərdi. Təəssüf ki, əlimdə belə fürsət yoxdu.

- Raşitsanın və xüsusilə də Seferoviçin durumu barədə də fikirlərinizi bilmək maraqlı olardı.
- Raşitsadan çox məmnunam. Seferoviçi bir sıra matçlarda sonradan meydana buraxdım. Ondan hələ ki tam istədiyimizi ala bilməmişik. Elə məşqlərdə də performansı yaxşı görünmür.

- Boe bu mövsüm hər kəsi təəccübləndirməyi bacardı. Çünki ayrılacağı güman edilən futbolçu komandada ən yaxşı oyun sərgiləyənlərdən biridi…
- Boe ilə bağlı mövsümün əvvəlində çox qarışıq vəziyyət yaranmışdı. İyunun 27-də toplandıq və bu haqda əvvəlcədən bütün futbolçulara məlumat verildi. Amma Boe bizə ''əvvəlki məşqçi toplanışın iyulun 4-də başlayacağını demişdi, mən də proqramımı buna uyğun qurmuşam'' dedi. Sonra ona kiçik bir güzəşt edib ayın 29-da gəlməsini istədim. Amma yenə ''ayın 4-də gələcəm dedimsə, deməli, 4-də gələcəm'' cavabını verdi. Orda aramızdakı iplər qopdu. Sonra meneceri zəng vurub ayrılmaq istədiklərini dedi. Belə futbolçunu mən toplanışa necə apara bilərdim?! Amma iyulun 4-də Boe İstanbula gəldi və başını salıb məşq etməyə başladı. Ona verdiyimiz proqrama nöqtə-vergülünə qədər əməl etdi. Əvəzedici komandanın heyətində bir neçə yoxlama oyunu keçirdi. Sonra 2 sağ müdafiəçimiz zədələndi. Saşanın əvəzedicilərdəki oyununu bəyənərək məşqlərə çağırdım. O da yol verdiyi səhvi anlayaraq üzr istədi. Bununla da problem yoluna qoyuldu.

- Qarşıdan ''Beşiktaş'' və ''İstanbul BŞ''yə qarşı oyunların gəldiyini nəzərə alsaq, gələcək taleyinizlə bağlı müəyyən narahatlığınız varmı?
- Müzakirə olunmağımın yeganə səbəbi komandanın arzulanan futbolu sərgiləməməsidi. Yaxşı futbol ortaya qoyandan sonra bu söz-söhbət yoxa çıxacaq. Ayrılmaq və bu vəzifəni belə tez başqasına təhvil vermək niyyətim yoxdu! Oyunçularıma güvənirəm. Komanda qalib mentallığını yaxalayandan sonra hər şey başqa cür olacaq.

- ''Fənərbaxça''nın yüksəlişi haqda nə düşünürsüz?
- Mətbuatın onları indidən çempion elan etməsi yaxşı haldı. Bu, bizim işimizə yarayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-07-2022, 15:0

''Qalatasaray'' iki oyunçu ilə vidalaşır

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Dünya futbolu

22-06-2022, 20:0

Okan Burukun köməkçiləri bəllidi

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

29-10-2022, 14:0

“Qalatasaray”lıların cəzaları açıqlandı

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə