Nərgiz Qurbanova darmadağınların səbəbini açıqladı - AÇIQLAMA

4.11.2022 13:47 518
Yığma / Manşet
17 yaşadək qızlardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsini zəif nəticə ilə başa vurdu.

Komanda Latviyada təşkil olunan turnir çərçvəsində keçirdiyi hər iki qarşılaşmada darmadağınla üzləşdi. Latviyaya 0:4, Slovakiyaya 0:5 hesabı ilə uduzan U-17 qrupu xalsız və qolsuz, sonuncu pillədə başa vurdu.

Maraqlıdı, millinin böyükhesablı məğlubiyyətlərinin səbəbi nədi? Baş məşqçi futbolçuların çıxışını necə qiymətləndirir? Bu suallarla U-17-nin çalışdırıcısı Nərgiz Qurbanovaya müraciət etdik. Gənc mütəxəssisdən gözlədiyimiz cavabı aldıq:

“Yəqin bilirsiz, bir aydan çoxdu ki, bu vəzifəyə təyin olunmuşam. Vaxtımız az olsa da, bu oyunlara komanda şəklində çox istəkli hazırlaşmışdıq. Amma isdədiyimiz nəticəni ala bilmədik. Futbolçularımdan tam razı qala bilmərəm. Düşünürəm ki, daha yaxşısını edə bilərdik. Amma onu da nəzərə almaq lazımdı ki, əsas heyətdə oynayanların əksəriyyəti yığmaya yeni cəlb olunan qızlardı. İlk dəfə belə bir turnirdə iştirak etmək onlar üçün də böyük təcrübə oldu. İnanıram ki, komanda Avropa çempionatının növbəti seçmə mərhələsində daha yaxşı nəticə göstərəcək”.


ŞAİR ABDULLA