"Sabah"ın üzvü millinin nəticələrindən narazıdı - AÇIQLAMA

20.06.2022 11:30 428
Yığma / Manşet
21 yaşadək futbolçulardan ibarət milli Avropa çempionatının seçmə mərhələsində mübarizəni başa vurdu.

Yığmamız son oyunu Norveçə qarşı keçirdi. Milan Obradoviçin komandası bu qarşılaşmadan 1:2 məğlub ayrıldı. Turnir boyunca millimizin aparıcı oyunçularından biri olan Ceyhun Nuriyevin seçmə mərhələnin yekunu ilə bağlı fikirlərini öyrənməyə qərar verdik.

“Sabah”ın futbolçusunun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Nəticə məni qane etmir. Daha çox xal yığmalıydıq və yığa bilərdik. Həm komanda, həm də öz adıma daha yaxşısını edə bilərdik. Rəqiblər güclü idi, amma son 2 oyunda göstərdik ki, istənilən komandaya qarşı oynamaq olar. Böyük təcrübə oldu”.


İLKİN SULTANLI