"Qarabağ"ın rəqibində növbəti itki

30.09.2022 23:40 383
Dünya futbolu
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Olimpiakos"da növbəti itki baş verib.

Yunanıstan klubunun yarımmüdafiəçisi Xames Rodriqes sıradan çıxıb. 30 yaşlı vinger Kolumbiya millisinin Meksika ilə keçirdiyi yoldaşlıq oyununda (3:2) zədələnib.

Qeyd edək ki, "Qarabağ"ın bu komandaya qarşı ilk oyunu 6 oktyabrda keçiriləcək.