UEFA "Qarabağ"ın bu oyununu ən yaxşılar siyahısına saldı

7.05.2022 10:43 932
Manşet / Avrokuboklar
UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunlarının siyahısını tərtib edib.

"Football-plus.az" xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ"ın da çıxış etdiyi görüş də yer alıb. Ağdam klubunun qrup mərhələsinin 5-ci turunda Cənubi Kipr "Omoniya"sı ilə qarşılaşdığı matç UEFA-nın diqqətini cəlb edib.

Avropanın ali futbol qurumu qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin "köhlən atlar"ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.

Qeyd edək ki, görüşı 2:2 hesabıyla başa çatıb.