• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ həyəcanı: 1-dən 22-yə qədər

DÇ

11-09-2022, 17:0

Joao Avelanj 1974-cü ildə FİFA prezidenti seçkisində məhz mundialda çıxış edəcək komandaların sayını 24-ə qədər artıracağıyla bağlı verdiyi vəd sayəsində qələbə qazandı.

Braziliyalı funksioner məşhur niqtində “futbol bütün dünyaya məxsusdu, buna görə də heç bir qitənin və heç bir ölkənin haqqı tapdalanmamalıdı” söylədi. Bu isə avtomatik Afrika, Asiya və Okeaniya zonalarından əlavə səslər demək idi. Avelanj artıq 1978-ci ildə sözünə əməl etmək istəsə də, Argentinanın siyasi və iqtisadi vəziyyətinin ürəkaçan olmaması planları pozdu. Fikrindən əl
çəkməyən ali futbol qurumunun rəhbəri ideyasını DÇ-82-də reallaşdıra bildi.

Paolo Rossi nağılı

Seçmə mərhələdə ümumilikdə 109 milli mübarizə apardı. Ev sahibi İspaniya və son çempion Argentina birbaşa final mərhələsinə buraxıldı. Avropa zonasında İngiltərə və sabiq SSRİ yığmaları 12, Şimali İrlandiya isə 24 illik fasilədən sonra DÇ-yə vəsiqə qazandı. Heç şübhəsiz, ən böyük sensasiya 2-ci qrupda qeydə alındı: son iki mundialın finalçısı Niderland 5 komanda arasında yalnız 4-cü yeri tuta bildi. İsraillə bağlı maraqlı vəziyyət yarandı: hələ 1974-cü ildə ərəb dövlətlərinin boykotundan sonra Asiya Futbol Konfederasiyasının sıralarından kənarlaşdırılan “göy-ağlar”, nəhayət, Avropa zonasında çıxış etmək imkanı qazandı. İsrail qrup axırıncısı olsa da, Portuqaliyanı evdə darmadağın etməklə pireneylilərin DÇ-yə yolunu kəsdi.

Budəfəki final turnirinin reqlamenti fərqli oldu. Birinci mərhələdə 24 milli 6 qrupa bölündü, “kvartetlər”də ilk 2 pilləni tutan komandalar ikinci mərhələyə yüksələcəkdi. Orda isə artıq hər birində 3 yığmanın yer aldığı 4 qrup formalaşacaqdı. Təbii ki, bu zaman toplanan xallar və vurulan qollar əsas götürüləcəkdi. Birinci mərhələdə ən gözlənilməz nəticə Şimali İrlandiyanın qrupu lider bitirməsi oldu. Gələcək çempion İtaliya hər 3 oyunda heç-heçə etdi və yalnız əlavə göstəricilərə görə Kamerunu qabaqladı. Təkcə Braziliya və İngiltərə milliləri maksimum xal toplaya bildi.

İkinci mərhələdə ən dramatik mübarizə İtaliya, Braziliya və Argentinanın olduğu C qrupunda yaşandı. “Selesao”ya yarımfinala çıxmaq üçün son oyunda avropalılara uduzmamaq kifayət idi. Ancaq tale elə gətirdi ki, Paolo Rossi milli karyerasının ən yaxşı matçını məhz “selesao”ya qarşı keçirdi: ilk 4 oyunda qol vurmayan hücumçu het-trik sayəsində İtaliyaya hava-su kimi vacib qələbəni qazandırdı. Həmişə xatırlanacaq daha bir matç isə DÇ-82-nin yarımfinalına təsadüf etdi. Əsas vaxtı 1:1 hesabıyla bitən AFR – Fransa görüşünün əlavə yarımsaatında 4 top vuruldu! Mundiallar tarixinin ilk oyunsonrası penalti seriyasında isə bundestim rəqibindən üstün oldu.

İspaniya, AFR və İtaliyanın ölkə başçılarının stadiondan izlədiyi finalda yerli publikanın rəğbəti tam “skuadra adzurra”nın tərəfindəydi. İtaliyalılar 1-ci hissədə hesabı aça bilməsə də, fasilədən sonra 13 dəqiqə ərzində iki dəfə Şumaherin qapısına yol tapdı. Berqominin turnirin ən yaxşılarından sayılan və AFR-in finala yüksəlməyində böyük rol oynayan Rummeniggeni finalda tam zərəsizləşdirdiyini qeyd etmək lazımdı. Təsadüfi deyil ki, Derval ikinci yarıda hücumçunu əvəzləməyə məcbur oldu. Altobellinin 81-ci dəqiqədə vurduğu qol bütün suallara aydınlıq gətirdi. Almaniya yalnız Braytnerin sayəsində fərqi azalda bildi.

DÇ-1982 – İSPANİYA
Vaxt: 13 iyun – 11 iyul
Oyunların keçirildiyi şəhərlər: Alikante, Barselona, Bilbao, Elçe, Xixon, La Korunya, Madrid, Malaqa, Ovyedo, Saraqosa, Sevilya, Valensiya, Valyadolid, Viqo
Oyunların keçirildiyi stadionların sayı: 17
İştirakçılar (6 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Avstriya, Belçika, Braziliya, Çexoslovakiya, Çili, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İtaliya, Kamerun, Küveyt, Macarıstan, Peru, Polşa, Salvador, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Yeni Zelandiya, Yuqoslaviya
Oyun sayı: 52
Qol sayı: 146 (orta hesabla 2,81)
Poker: 0
Het-trik: 4
Penalti: 10 (8-i dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 98 (5)
Avtoqol: 1
Tamaşaçı sayı: 2109723 (orta hesabla 40572)
1-ci yer: İtaliya
2-ci yer: AFR
3-cü yer: Polşa
4-cü yer: Fransa
Bombardir: Paolo Rossi (İtaliya) – 6

Turnirin rəmzi yığması
Qapıçı – Dino Dzoff (İtaliya); müdafiəçilər – Klaudio Centile, Fulvio Kollovati, (hər ikisi İtaliya), Junior, Luizinyo (hər ikisi Braziliya); yarımmüdafiəçilər – Falkao, Ziko (hər ikisi Braziliya), Zbiqnev Bonek (Polşa), Mişel Platini (Fransa); hücumçular – Paolo Rossi (İtaliya), Karl-Haynts Rummenigge (AFR).

Birinci mərhələ
1-ci qrup: İtaliya – Polşa 0:0, Peru – Kamerun 0:0, İtaliya – Peru 1:1, Polşa – Kamerun 0:0, Polşa – Peru 5:1, İtaliya – Kamerun 1:1.
1. Polşa 3 1 2 0 5-1 4
2. İtaliya 3 0 3 0 2-2 3
3. Kamerun 3 0 3 0 1-1 3
4. Peru 0 2 1 2-6 2
2-ci qrup: AFR – Əlcəzair 1:2, Çili – Avstriya 0:1, AFR – Çili 4:1, Əlcəzair – Avstriya 0:2, Əlcəzair – Çili 3:2, AFR – Avstriya 1:0.
1. AFR 3 2 0 1 6-3 4
2. Avstriya 3 2 0 1 3-1 4
3. Əlcəzair 3 2 0 1 5-5 4
4. Çili 3 0 0 3 3-8 0
3-cü qrup: Argentina – Belçika 0:1, Macarıstan – Salvador 10:1, Argentina – Macarıstan 4:1, Belçika – Salvador 1:0, Belçika – Macarıstan 1:1, Argentina – Salvador 2:0.
1. Belçika 3 2 1 0 3-1 5
2. Argentina 3 2 0 1 6-2 4
3. Macarıstan 3 1 1 1 12-6 3
4. Salvador 3 0 0 3 1-13 0
4-cü qrup: İngiltərə - Fransa 3:1, Çexoslovakiya – Küveyt 1:1, İngiltərə - Çexoslovakiya 2:0, Fransa – Küveyt 4:1, Fransa – Çexoslovakiya 1:1, İngiltərə - Küveyt 1:0.
1. İngiltərə 3 0 0 3 6-1 6
2. Fransa 3 1 1 1 6-5 3
3. Çexoslovakiya 3 0 2 1 2-4 2
4. Küveyt 3 0 1 2 2-6 1
5-ci qrup: İspaniya – Honduras 1:1, Yuqoslaviya – Şimali İrlandiya 0:0, İspaniya – Yuqoslaviya 2:1, Honduras – Şimali İrlandiya 1:1, Honduras – Yuqoslaviya 0:1, İspaniya – Şimali İrlandiya 0:1.
1. Şimali İrlandiya 3 1 2 0 2-1 4
2. İspaniya 3 1 1 1 3-3 3
3. Yuqoslaviya 3 1 1 1 2-2 3
4. Honduras 3 0 2 1 2-3 2
6-cı qrup: Braziliya – SSRİ 2:1, Şotlandiya – Yeni Zelandiya 5:2, Braziliya – Şotlandiya 4:1, SSRİ - Yeni Zelandiya 3:0, SSRİ – Şotlandiya 2:2, Braziliya - Yeni Zelandiya 4:0.
1. Braziliya 3 3 0 0 10-2 6
2. SSRİ 3 1 1 1 6-4 3
3. Şotlandiya 3 1 1 1 8-8 3
4. Yeni Zelandiya 3 0 0 3 2-12 0

İkinci mərhələ
A qrupu: Polşa – Belçika 3:0 (Bonek, 4; 26; 53), Belçika – SSRİ 0:1 (Oqanesyan, 48), Polşa – SSRİ 0:0.
1. Polşa 2 1 1 0 3-0 3
2. SSRİ 2 1 1 0 1-0 3
3. Belçika 2 0 0 2 0-4 0
B qrupu: AFR – İngiltərə 0:0, AFR – İspaniya 2:1 (Littbarski, 50. Fişer, 75 – Samora, 82), İspaniya – İngiltərə 0:0.
1. AFR 2 1 1 0 2-1 3
2. İngiltərə 2 0 2 0 0-0 2
3. İspaniya 2 0 1 1 1-2 1
C qrupu: İtaliya – Argentina 2:1 (Tardelli, 56. Kabrini, 67 – Passarella, 83), Argentina – Braziliya 1:3 (Dias, 89 – Ziko, 11. Serjinyo, 66. Junior, 75), İtaliya – Braziliya 3:2 (Rossi, 5; 25; 74 – Sokrates, 12. Falkao, 68).
1. İtaliya 2 2 0 0 5-3 4
2. Braziliya 2 1 0 1 5-4 2
3. Argentina 2 0 0 2 2-5 0
D qrupu: Avstriya – Fransa 0:1 (Jengini, 39), Avstriya – Şimali İrlandiya 2:2 (Petsay, 50. Hintermayer, 68 – Hemilton, 27; 75), Fransa – Şimali İrlandiya 4:1 (Jiress, 33; 80. Roşto, 46; 68 – Armstronq, 75).
1. Fransa 2 2 0 0 5-1 4
2. Avstriya 2 0 1 1 2-3 1
3. Şimali İrlandiya 2 0 1 1 3-6 1
yarımfinal
Polşa – İtaliya 0:2
Rossi, 22; 73.
AFR – Fransa 3:3, p. – 5:4
Littbarski, 17. Rummenigge, 102. Fişer, 108 – Platini, 26-p. Trezor, 92. Jiress, 98.
3-cü yer uğrunda oyun
Polşa – Fransa 3:2
Şarmax, 40. Mayevski, 44. Kuptseviç, 46 – Jirar, 13. Kuryol, 72.

final
İtaliya – AFR 3:1 (0:0)
İtaliya: Dzoff, Berqomi, Centile, Şirea, Kollovati, Kabrini, Oriali, Tardelli, Konti, Qratsiani (Altobelli, 7/Kauzio, 89), Rossi.
AFR: Şumaher, Kalts, K.Förster, Ştilike, B.Förster, Brigel, Dremmler (Hrubeş, 62), Braytner, Rummenigge (H.Müller, 70), Littbarski, Fişer.
Qollar: Rossi, 57 (1:0). Tardelli, 69 (2:0). Altobelli, 81 (3:0). Braytner, 83 (3:1).
Vərəqələr: Konti, 31. Dremmler, 61. Oriali, 73. Ştilike, 73. Littbarski, 88 – sarı.
Hakim: Arnaldo Sezar Koelyu (Braziliya).
11 iyul. Madrid. “Santyaqo Bernabeu”. 90000 tamaşaçı.

Bilirsizmi?
Birinci mərhələ çərçivəsində 2-ci qrupda mundiallar tarixinin ən böyük qalmaqallarından biri yaşandı. Həmin dövrdə son turun oyunları eyni vaxtda keçirilmədiyindən, AFR ilə Avstriya artıq bir gün əvvəl bitən Əlcəzair – Çili matçının hesabını və özlərinə sərf edəcək bütün nəticələri bilirdi. Almanların bir və ya iki topluq qələbəsi hər iki komandanın işinə yarayırdı. Hrubeşin 10-cu dəqiqədə vurduğu qoldan sonra tərəflər açıq-aşkar vaxt öldürməyə başladı: komandalar hücuma keçmək haqda, demək olar, düşünmür, top rəqibdə olarkən isə ciddi pressinq etmirdi. Meydanda başverənləri tam anlamaq üçün ikinci yarıda olan statistikaya baxmaq kifayətdi: “çərçivə”yə zərbə endirən tapılmadı, həm AFR, həm də Avstriyanın ümumi ötürmələrinin dəqiqliyi 90 (!), meydanın özünə aid hissəsində isə 95 (!) faizdən çox oldu.
Bu biabırçılıq stadiona toplaşan 41 min azarkeşi də özündən çıxardı. Onlar 2-ci hissədə “rədd olun!” və “Əlcəzair!” qışqırır, futbolçulara xırda pul atırdı. Avstriyalı şərhçi Robert Siger tamaşaçılardan televizoru söndürməyi xahiş etdi, AFR-dən olan həmkarı isə bu rüsvayçılığı qarşı olduğunu bildirdi və bir xeyli müddət, sadəcə, susdu. Əlcəzair FİFA-ya etiraz göndərsə də, ali futbol qurumu oyunun danışılmış xarakterli olmasına dair sübut tapa bilmədi. Görüşdən sonra Fransanın məşqçisi Mişel İdalqo komandalara Nobel sülh mükafatının verilməsini təklif etdi, alman və avstriyalı azarkeşlər isə birgə nümayişlər keçirdi. Növbəti gün İspaniyanın “El Comercio” qəzeti matç haqda yazını “40 min insan 26 alman və avstriyalı tərəfindən aldadıldı” başlığını altında cinayətlər bölməsində yerləşdirdi. Təsadüfi deyil ki, bu oyun tarixdə “Xixon rüsvayçılığı” və ya “Xixon paktı” kimi iz qoydu. FİFA məhz bu qalmaqaldan sonra oxşar vəziyyətin təkrarlanmaması üçün növbəti böyük turnirlərdə son turun görüşlərinin eyni vaxtda başlayacağını açıqladı.

Maraqlıdı...
* 1-ci mərhələnin Fransa – Küveyt oyununda azarkeşlər qəribə hadisənin şahidi oldu. 75-ci dəqiqədə hesab 3:1 olarkən “üçrənglilər” 4-cü dəfə rəqib qapısına yol tapdı. Qol qaydalar çərçivəsində vurulsa da, küveyt şeyxlərindən biri mühafizəçiləriylə birgə meydana daxil olaraq hakimdən topu hesaba almamağı tələb etdi. O, ərəb futbolçuların tribunadan eşidilən səsi referinin fit səsiylə səhv saldığını bildirdi. 6 dəqiqəlik mübahisədən sonra sovet hakimi Miroslav Stupar dəyərli qonağı üzməmək qərarına gəldi və qolu qeydə almadı. Buna baxmayaraq, Fransa matçın sonlarında 4-cü qolu vurdu. Stupar FİFA tərəfindən diskvalifikasiyaya məruz qaldı, Küveyt Futbol Federasiyası isə 25 min İsveçrə frankı cərimə ödəməli oldu.
* Luis Menottinin qərarıyla DÇ-78-i buraxan Dieqo Maradona İspaniyadakı turnirə yollandı. Ancaq 21 yaşlı futbolçunun parlayacağı mundial hələ qarşıda idi. Bu dəfə isə o, komandasını arxasınca apara bilmədi. Maradona DÇ-82-də daha çox Macarıstanla oyunda dublu və Braziliyaya qarşı matçın sonlarında rəqibi Batistanın qarın nahiyəsinə zərbə endirib meydandan qovulmasıyla yadda qaldı.

Faktlar
* İtaliya millisi Braziliyadan sonra 3 dəfə mundialda qalib gələn ikinci komanda oldu.
* Mükafatlar 5-ci dəfə (1934, 1954, 1966, 1974) Avropa təmsilçilərinə qismət oldu. Eyni zamanda yarımfinallarda 3-cü dəfə (1934, 1966) yalnız “köhnə qitə”nin komandaları mübarizə apardı.
* Paul Braytner Vava (1958, 1962) və Peledən (1958, 1970) sonra DÇ-nin iki finalında qol vuran 3-cü futbolçu oldu.
* Dino Dzoff ən yaşlı (40 yaş 133 günlüyündə) dünya çempionu kimi tarixə düşdü.
* İlk dəfə mundialda 24 milli mübarizə apardı və 6 konfederasiyanın hər biri təmsil olundu.
* Əlcəzair, Kamerun, Honduras, Küveyt və Yeni Zelandiya mundialda debüt etdi.

DÇ-nin ulduzu
Paolo Rossi – mundialdan əvvəl bir sıra italyan mütəxəssislər 1980-ci ildə mərc oyunlarında iştirak etdiyinə görə 2 illik diskvalifikasiya olunan və hətta bir neçə ay həbsxanada keçirən hücumçunun milliyi çağrılmasına qarşı çıxdı. Onlar hücumçunun ideal formadan uzaq olduğunu iddia edirdi. Amma Bearzot sonda Covanni Trapattoni və Elenio Erreranın fikrini üstün tutaraq futbolçuya dəvət göndərdi. Rossi bu turnirdə Mario Kempesin 4 il əvvəlki çıxışını xatırlatdı: birinci mərhələdə qol vura bilməyən forvard sonrakı oyunlarda eynilə argentinalı kimi, 6 dəfə rəqib qapısına yol tapdı.

Çempion məşqçi
Entso Bearzot – komandasının birinci mərhələdə zəif çıxışından narazı qalan məşqçi futbolçularına jurnaslitlərlə danışmağı qadağan etdi. Təcrübəli mütəxəssis həmçinin çox güvəndiyi Rossini depressiyadan çıxarmağın yolunu axtarırdı. Əslində A seriyasının son 2 mövsümünün ən yaxşı bombardiri Roberto Prutsonun əvəzinə İspaniyaya Paolonu gətirən çalışdırıcının başqa seçimi də yox idi. Bearzot Braziliya ilə matçdan əvvəl hücumçunun nömrəsinə gəlib onunla kubizm və sürrealizm janrının parlaq nümayəndələri olan rəssamları müzakirə etməyə başladı. O, Rossinin incəsənətin, xüsusən də Pablo Pikasso və Salvador Dalinin pərəstişkarı olduğunu bilirdi. Məşqçinin bu psixoloji addımı özünü tam doğrultdu.

Paylaş:
Digər xəbərlər

DÇ

4-09-2022, 09:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

İdman

13-04-2022, 11:0

Millinin potensial rəqibləri bəlli oldu

Dünya futbolu / DÇ

21-08-2022, 10:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Dünya futbolu

7-08-2022, 19:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Dünya futbolu

14-08-2022, 11:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Aktual
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
Son xəbərlər
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 181
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə