Azərbaycanlı futbolçu fərqlənsə də, komandası...

30.08.2022 10:37 284
Dünya futbolu
Rusiya birinci divizionunda 7-ci turun matçları keçirilir.

Football-plus.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "Arsenal" növbəti oyununa çıxıb.

Tula təmsilçisi "Yenisey"i qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Start heyətində meydana çıxan Azərbaycan millisinin sabiq üzvü 23-cü dəqiqədə fərqlənib. Matçın 66-cı dəqiqəsində isə o, əvəzlənib.

"Arsenal" 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.