Azərbaycanlı futbolçunun komandası büdrədi

31.07.2022 10:19 359
Dünya futbolu
Rusiya Birinci Liqasında 3-cü turun oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Gənclərdən ibarət millimizin üzvünün komandası Tolyatti “Akron”u ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Əliyev də bu matçın iştirakçısı olub. O 46-cı dəqiqədə meydana buraxılıb.

Qedy edək ki, "Arsenal" 3 turdan sonra 7 xalla liderdi.