Azərbaycanlı futbolçunun komandası Rusiyada qələbə qazandı

16.05.2022 09:49 337
Dünya futbolu
Rusiya birinci divizionunda 37-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Kamran Əliyevin formasını geyindiyi "SKA Xabarovsk" növbəti matçına çıxıb.

Xabarovsk təmsilçisi "Orenburq"u 1:0 hesabı ilə məğlub edib.

Kamran meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

"SKA Xabarovsk" 37 turdan sonra 65 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.