Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Neftçi"ni Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edib.
Football-plus.az xəbər verir ki, dövlət rəsmisi təbrikini "Tvitter" hesabında edib.
Belə ki, Mövsümov “Təbriklər” yazaraq, “Neftçi”nin "Tvitter" hesabından paylaşım edib. O, bunadək "Qarabağ"a da diqqət göstərək, Çempionlar Liqasınında "Sürix"i keçdiyi 2:2 hesablı səfər matçıyla bağlı post paylaşıb.
Hər 2 klubumuz növbəti həftə 3-cü təsnifat mərhələsində mübarizəyə başlayacaq.