"Neftçi" ilə oyun maraqlı olacaq"

10.08.2022 20:09 458
Manşet / Konfrans Liqası
Sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Neftçi" "Rapid"lə (Vyana) qarşılacaq.

Football-plus.az xəbər verir ki, bu gün rəqibin oyunçusu Patrik Qraylın mətbuat konfransı keçirilib. Mərkəz yarımmüdafiəçisi jurnalistlərin suallarını cavablandırdı...

- Sabahkı oyundan öncə vəziyyət necədi?
- Evdə oynayırıq. Bu, bizə ruh verir. Sevinc hissi keçirdirik. "Neftçi" ilə oyun maraqlı olacaq. Çünki komandanın özü maraqlıdı. Oyunçular fərdi olaraq güclüdülər. Orda uduzsaq da, evdə qalib gəlməliyik.

- Bu mövsüm 7 qol vurmusan, bunun davamı gələcəkmi?
- Yavaş-yavaş formaya düşürəm. Məşqlərə başlamışam. Sabahkı oyunda da çalışacam ki, davamını gətirim.

- Penaltilər seriyası üçün xüsusi məşqlər keçmisiz?
- Hazırlıq dönəmində, məşqlərdə bunları həmişə etmişik. Oyun vaxtı belə şərait yaransa, çalışacağıq ki, bunlardan dəqiq yararlanaq.

İLKİN SULTANLI, Vyana

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul