"Football-plus.az" xəbər verir ki, 30 yaşlı forvard qolundakı ay-ulduz döyməsinə açıqlıq gətirib:
''Bu cür böyük kluba gəldiyim üçün xoşbəxtəm. İstanbul möhtəşəm şəhərdi və ailəmlə birlikdə bura uyğunlaşmaq baxımından problem yaşayacağımızı düşünmürəm. İstanbula ayaq basanda çılğın anlar yaşadım. Fanatların məni o cür qarşılamağını unutmayacam. Daha öncə rəqib kimi Türkiyədə oynamışam və stadionlarda mükəmməl atmosferin olduğunu bilirəm. ''Qalatasaray''la çempion olmağa çalışacam. Qolumdakı döyməyə gəlincə, bildiyiniz kimi mən bosniyaəsilliyəm və müsəlmanam. Ay-ulduz islamın simvolu olduğu üçün onu qoluma vurmuşam. Ən sevimli döymələrimdən biridi''.

