Millimizin üzvü rəsmən "Traxtor"da

27.07.2022 19:46 408
Premyer-liqa
"Sumqayıt"ın və Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdinin İranın "Traxtor" klubuna transferi baş tutub.

Football-plus.az xəbər verir ki, bu barədə premyer-liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Höccət 2021-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. 29 yaşlı müdafiəçi Azərbaycan yığmasında 13 matça çıxıb.