"Neftçi" - "Aris" matçı üçün UEFA-dan xüsusi tələb

27.07.2022 13:51 483
Konfrans Liqası
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” və “Aris” (Cənubi Kipr) arasında keçiriləcək oyundan öncə və sonra mətbuat konfranslarına giriş üçün maska tələbi qoyulub.

Football-plus.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan öncə və sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidi.

İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” matçı saat 21.00-da başlayacaq.