Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev İsveçdə AİK və Ukraynanın “Vorskla” komandaları arasındakı keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında iş başında olacaq.
İyulun 27-də keçiriləcək qarşılaşma saat 21.00-da başlayacaq. İlk oyunda “Vorskla” rəqibini məğlub edib – 3:2.