"Qarabağ"ın rəqibi bu gün vacib oyuna çıxır - YENİLƏNİR

16.07.2022 15:59 572
Çempionlar Liqası
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” bu gün vacib oyuna çıxır.

Belə ki, İsveçrə superliqası start götürür. Ağdamlıların rəqibi 1-ci turda səfərdə “Yanq Boyz”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Təlim-məşq toplanışını Almaniyanın Fridrixşafen vilayətinin Ueiler-Simmerberq şəhərində keçirən “Sürix” burda 7 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Bu qarşılaşmaların 6-da qələbə qazanan isveçrəlilər 1 matçda məğlub olub. “Qarabağ”ın rəqibi yalnız “Ştutqart”a 2:3 hesabı ilə uduzub.

Komandanın yeni baş məşqçisi Franko Foda yetirmələrinin yeni mövsümə hazır olduğunu bildirib. O, bununla bağlı klub saytına açıqlama verib:

"Yay hazırlığı çox yaxşı keçdi. Mən çox uyğunlaşa bilən və öyrənməyə can atan komanda ilə işlədim. Biz çox intensiv və gərgin məşqlər keçdik, mövsümə hazırlaşdıq. Bizi çempionatda “Yanq Boyz”a və Çempionlar Liqasında “Qarabağ”a qarşı iki vacib oyun gözləyir. Superliqanın ilk turundakı rəqibimiz topa sahib olmağı sevsə də, dəyişkən sistemlə mübarizə aparır. Oyun ərzində pressinq edən çox güclü komanda ilə qarşılaşacağıq. Görüş bizim üçün çətin olacaq, lakin buna yaxşı hazırlaşırıq".


İLKİN SULTANLI