A seriyasının 2022/23 mövsümündə bir ilk yaşanacaq.
İtaliya çempionatının ən yüksək liqasının oyunlarını ilk dəfə qadın hakim də idarə edəcək. Bu hüququ Mariya Sole Ferryeri Kaputi qazanıb.
Xatırladaq ki, ötən mövsüm 31 yaşlı hakim İtaliya kubokunun “Kalyari” – “Çittadella” matçında fit çalmaqla da ilkə imza atmışdı.