Balayevin komandası heç-heçə etdi

1.07.2022 23:09 385
Dünya futbolu
Qazaxıstan Premyer Liqasında 16-cı tura start verilib.

"Football -plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Emil Balayevin çıxış etdiyi "Turan" doğma meydanda "Tobol"la qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Balayev sözügedən görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.

Hazırda 16 xalı olan "Turan" 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.