Qazaxıstan çempionatında 15-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, millimizin üzvü Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kaspi" ilə üz-üzə gəlib. Oyun "Turan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Balayev sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, hazırda 15 xalı olan "Turan" 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.