Komandası Emilsiz heç-heçə etdi

16.04.2022 21:36 501
Dünya futbolu
Qazaxıstan premyer-liqasında 6-cı turun oyunları keçirilir.

Emil Balayevin çıxış etdiyi "Turan" doğma meydanda "Ordabası" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Millimizin üzvü bu görüşdə iştirak etməyib. Oyunun iştirak ərizəsinə adı daxil edilməyən 28 yaşlı qapıçının Qazaxıstan klubunda debütü yenə baş tutmayıb.

"Turan" hazırda 3 xalla 14 komanda arasında 13-cü pillədə qərarlaşıb.