Balayevin komandası qələbə qazandı

23.04.2022 22:28 493
Ölkə futbolu
Qazaxıstan çempionatında 7-ci turun oyunları keçirilir.

"Football-plus.az" saytının məlumatına görə, Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Kayrat"la üz-üzə gəlib və matçdan 1:0 hesabı ilə qələbə ilə ayrılıb.

Zədəsini sağaltdıqdan sonra ilk dəfə adı iştirak ərizəsinə daxil edilən 28 yaşlı qapıçı sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, "Turan" 6 xalla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb, "Kayrat" isə 12 xalla 3-cüdü.