Balayevin komandası heç-heçəyə razılaşdı

1.05.2022 16:31 569
Ölkə futbolu
Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Emil Balayevin çıxış etdiyi "Turan" səfərdə "Astana" ilə üz-üzə gəlib və matçdan 3:3 hesablı heç-heçə ilə ayrılıb.

Azərbaycanlı qolkiperin adı iştirak ərizəsinə daxil edilsə də, debütü baş tutmayıb.

"Turan" 9 tur sonra 8 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.