"Arsenal" Braziliya millisinin üzvünü transfer edə bilər

20.06.2022 21:07 441
Dünya futbolu
"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

"Football-plus.az" İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu "Lids Yunayted"in vingeri Rafinyanı transfer etməkdə israrlıdı. Braziliyalı futbolçu özü də bu keçidə müsbət yanaşır.

2021-ci ildən Braziliya millisinə çağrılan 25 yaşlı oyunçu 9 matçda 3 qolla yadda qalıb.

Qeyd edək ki, Rafinya başa çatan mövsümdə Premyer Liqada 35 oyunda 11 qol vurub, 3 qol ötürməsi edib. Braziliyalı futbolçu ilə "Barselona"da maraqlanır.