"Şamaxı"nın sabiq rəsmisi hansı kluba üz tutur?

25.06.2022 19:55 672
Ölkə futbolu
Müşahidə Şurasının sədri Zaur Axundov istefa verdikdən sonra “Şamaxı”dan baş menecer Eldəniz Yusubov da ayrıldı.

Görəsən, bunun səbəbi nədi? Məsələ ilə bağlı məlumat almaq üçün Yusubovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Məlum olduğu kimi, komandaya yeni rəhbərlik gələcək. Adətən, yeni rəhbərliyin də öz komandası olur. Düzdü, mən mayın 27-də müqaviləni yeniləmişdim. Amma Zaur Axundovun istefasından sonra qərar verdim ki, komandadan ayrılım. Bilirəm ki, yeni rəhbərlik yeni kadrlar gətirəcək, heyətlə gələcək. Ona görə ərizəylə müraciət eldim ki, müqavilıyə xitam verilsin. Bu müddətə qədər isə baş menecer kimi təhvil-təslim prosesində iştirak etməli olduğuma görə gözləyirdim. Əslində müqaviləyə xitam verilməsi üçün xeyli əvvəl müraciət etmişdim".


Görəsən, Eldəniz Yusubov bundan sonra hansı komanda ilə əmkdaşlıq etməyi düşünür? Özündən eşidək:

“Hələ ki bununla bağlı bir şey düşünmürəm. İstirahət edəcəm. Çox güman, növbəti həftə yeni iş yeri ilə bağlı müəyyən fikirlər olacaq”.


ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul