"Real"ı azad agent kimi tərk etdikləri açıqlandı

1.06.2022 21:15 544
Dünya futbolu
"Real" İsko və Qaret Beyllə yolları ayırdıqlarını rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Hər iki futbolçunun azad agent kimi Madrid təmsilçisini tərk etdiyi bildirilib.

Qeyd edək ki, sözügedən oyunçular "İnstaqram" vasitəsi ilə "Real" azarkeşləri ilə vidalaşmışdılar.