• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azər Bağırov: "Özümüzü premyer-liqadakı kimi göstərməliyik" - MÜSAHİBƏ

1-ci liqa / Manşet

1-06-2022, 13:0

Növbəti mövsümdən 1-ci divizionda mübarizə aparacaq “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun 55 illik yubileyi münasibətilə təşkil olunan “1 uşaq - 1 top” futbol festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Football-plus.az" saytının əməkdaşının da iştirak etdiyi konfransda çalışdırıcı qarşıya qoyulan hədəflərdən danışıb.

- Gənc məşqçisiz və klubda hədəflər böyükdü. Özünüzü bu çağırışa hazır sayırsız?
- Naxçıvan çox maraqlıdı. Bu maraqlı layihənin iştirakçısı kimi məni görmək istədilər. Tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşəndən sonra tam fərqli düşüncədə olduqlarını hiss etdim. Münasibətlərimizdə tam səmimiyyətin olması xoşdu. Naxçıvanda görülən işlər göz qabağındadı. Bu gün 1-ci diviziondayıqsa, orada özümüzü premyer-liqadakı kimi göstərməliyik. Qaydalardan da üstün olmalıyıq ki, elitaya namizədliyimizi qəbul etsinlər. Fikirləşdiyimiz işlər çoxdu. Əlavə stadionlarımız tikiləcək. Bununla bağlı rəhbərlik sözünü deyib. Tezliklə bu işlərə başlanacaq. Hər bir şeyi düşünürük. Uzun yola çıxmışıq, çalışacağıq axsamayaq, irəliləyək.

- Kütləviliyi keyfiyyətə çevirmək mümkün olacaqmı?
- 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün regionları öz döyüşkənliyi ilə seçildi. Naxçıvan da onların içindədi. Burda fərdi döyüş növləri üzrə nəticələr çox yüksək səviyyədədi. Məşqçinin istədiyi döyüşkənlikdi. Naxçıvanda bu var. Onu çərçivəyə salıb futbola lazım olan keyfiyyətləri üzə çıxaracağıq. Burada yetəri qədər 13-14 yaşlı futbolçular var. İnanıram ki, onlardan bir neçəsini yaxın vaxtlarda öz komandamızda, millilərdə görəcəyik. Döyüşkəndirlər, “bişirib”, yetişdirmək lazımdır. Ümumi planlarımız var. Türkiyədə 20 günlük təlim-məşq toplanışımız olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edəcəyik.

- Rəhbərlik qarşınıza konkret hansı məqsədi qoyub? Bunun üçün nə kimi addımları atacaqsız və legioner gətirəcəksiz?
- İlk görüşdən qaydaları qoyduq. Rəhbərlik elə təkliflər irəli sürdü ki, heç vaxt belə qaydalarla qarşılaşmamışam. Heç bir halda çempionluq hədəfi yoxdur, məqsəd gələcəyin komandasını qurmaqdır. Bu, məşqçi üçün də çağırışdır. Çünki gələcəyin komandasını qurmaq üçün də nəticə verməlisən. Mən həmişə nəticə vermək istəmişəm. Ən yaxşı nədirsə, onun uğrunda mübarizə aparmağa çalışacağıq. Premyer Liqaya çıxsaq, ilk “4-lüy”ə düşməyimiz indiki halda bir az qeyri-peşəkarlıq ola bilər. Çünki oradan düşə bilərik. Amma biz hər gün bir addım irəli getmək istəyirik. Çalışacağıq yaxın vaxtlarda milli komandanın üzvlərindən də istifadə edək. Azarkeşlərimizi, rəhbərliyi qələbələrlə sevindirmək istəyirik.

- 1-ci divizionda komandanızı 15 səfər oyunu gözləyir. Bu, yorucu olmayacaq?
- Böyük komandalar 2-3 saatlıq uçuşları belə, eyni gündə edirlər. Bakıda komandamızın yerləşdiyi otel var, avtobusumuz da alınacaq. Yol məsələlərini fikirləşmişik. Bütün xərcləri nəzərə alanda digər klublar üçün də elə böyük fərq yaratmır. Heç nədən qorxmuruq. Düşündüyümüz hər gün inkişaf etməkdir. Naxçıvan elə regiondadı ki, yaxın ölkələrin – İran və Türkiyənin klubları ilə əməkdaşlıq edə bilərik. Futbolçunun inkişafı üçün səfərlər önəmlidir. Futbolçu artıq təyyarəyə minəndə “artırır”. Bizi daha yaxşı şeylərin gözlədiyini düşünürəm.

- Naxçıvanlı futoblçuların işə yanaşması necədi?
- Doqquz il Naxçıvanda futbolun olmaması böyük zərbələr vurub. İntizam və texniki tərəfdən axsaqlıqlar var idi. Region Liqasının sonuna yaxın yanaşma xeyli fərqli idi və bu məni sevindirirdi. Onlarda daha yuxarı qalxmaq üçün potensial olub-olmayacağını zaman göstərəcək. İnanıram ki, yaxın vaxtlarda Naxçıvanda yaxşı uşaqlar üzə çıxacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-05-2022, 20:0

Azər Bağırov “Xan Lənkəran”a mesaj göndərdi

1-ci liqa / Manşet

1-06-2022, 14:0

Tahir Əliyev: "Naxçıvan dağlarının şərəfinə o rəngin götürülməsini təklif etmişəm" - AÇIQLAMA

Ölkə futbolu / Manşet

29-05-2022, 16:0

Futbol adamları və jurnalistlər Naxçıvana səfər edəcək

Ölkə futbolu

1-05-2022, 11:0

“Araz Naxçıvan” Türkiyə klubunu üstələdi - ÖZƏL AÇIQLAMA

Aktual / Ölkə futbolu / Manşet

15-05-2022, 23:0

Azər Bağırov: "Xan Lənkəran"ın prezidenti sağ olsun, komandamıza yaxşı "qıcıq" verdi - MÜSAHİBƏ

Aktual
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
Son xəbərlər
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 184
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə