Hazırda çoxlarını düşündürən sual millimizin qolkiperinin Nijni Novqorod təmsilçisində qalıb-qalmayacağıdı. Bunu öyrənmək üçün Rövşənlə əlaqə saxladıq. Təcrübəli qolkiperin “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Hazırda “Torpedo”nun oyunçusuyam və bu klubla müqaviləm var. Başqa təkliflər də gəlib. Rusiya klublarına yenidən sanksiya tətbiq ediblər. Gələcək haqda danışmaq tezdi. Zamanı gələndə lazımi açıqlamalar veriləcək”.
SƏNƏM FƏRHADOVA






