Rövşənin komandası yarımfinaldan kənarda qaldı

3.05.2022 16:24 649
Ölkə futbolu
Futzal üzrə Rusiya Superliqasının 1/4 final mərhələsinin sonucu oyunları keçirilir.

Rövşən Hüseynlinin çıxış etdiyi "Torpedo" "Qazprom"a həlledici qarşılaşmada da 1:3 hesabı ilə məğlub olaraq yarımfinaldan kənarda qalıb. Millimizin qapıçısının komandası rəqibinə yalnız ilk görüşdə 5:3 qalib gəlmişdi.

"Torpedo" - "Qazprom" 5:3, 3:8, 3:9,1:3
Ümumi hesab: 1:3