Rövşən Hüseynli ilk oyununa çıxdı - VİDEO

29.04.2022 11:50 466
Ölkə futbolu
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli yeni klubu "Torpedo"da debüt edib.

31 yaşlı qolkiper Rusiya Superliqasının 1/4 final mərhələsinin ikinci oyunu olan "Qazprom Yuqra" ilə matçda oynayıb.

Hüseynlinin debütü uğursuz alınıb. Belə ki, komandası pley-off görüşündə 3:8 uduzub.

İlk qarşılaşmada "Torpedo" 5:3 hesabı ilə qalib gəlmişdi. Hazırda komandalar arasında ümumi hesab 1:1-di. Həlledici qarşılaşma aprelin 2-də baş tutacaq.