Mirbağır İsayevin stadiona girişinə qadağa qoyuldu - RƏSMİ

22.04.2022 15:12 605
Premyer-liqa
“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Mirbağır İsayev ağır cəzaya məruz qalıb.

Hazırda “Səbail”də çalışan 48 yaşlı mütəxəssis AFFA İntizam Komitəsi tərəfindən 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb U-17 Liqasında “Keşlə” ilə görüşdə klub rəsmisinin AFFA rəsmilərini təhqir etməsi olub. Onun qarşıdakı 10 görüşdə stadiona girişinə qadağa qoyulub.