Dadaşovun komandası qələbə qazandı

17.04.2022 12:16 562
Ölkə futbolu
Almaniyanın Qərb Regional Liqasında 34-cü turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Rüfət Dadaşovun çıxış etdiyi "Şalke 04"ün ikinci komandası "Bonner"lə üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Şalke-2” 34 tur sonra 38 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.