Rüfətin komandası qalib gəldi

23.04.2022 21:12 539
Ölkə futbolu
Almaniyanın Qərb Regional Liqasında 35-ci turun oyunları keçirilir.


"Football-plus.az" saytının məlumatına görə, Rüfət Dadaşovun çıxış etdiyi "Şalke-2" səfərdə "Lippştadt"la üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Millimizin sabiq üzvü bu görüşdə iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.


Qeyd edək ki, "Şalke-2" 20 klub arasında 41 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.